Dünya

UNESCO-nun siyahısına daxil edilmiş təbiət qoruğunda dəhşət: Pələng baxıcını öldürdü

07 Aug 2026, 07:00 3 baxış
UNESCO-nun siyahısına daxil edilmiş təbiət qoruğunda dəhşət: Pələng baxıcını öldürdü
Tailandda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Huaykhakhenq Təbiət Qoruğunun əməkdaşı pələngin hücumuna məruz qalaraq həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb. Mərhumun həmkarı onun səhər iş görüşünə gəlmədiyini görərək axtarışa başlayıb. Bir müddət sonra o, 48 yaşlı baxıcının mobil telefonunu tapıb. Əraziyə baxış zamanı telefonun yaxınlığında ağcaqanad toru, həmçinin yırtıcının ovunu sürüklədiyini göstərən izlər aşkar edilib. Xilasedicilər daha sonra itkin düşmüş baxıcının cəsədini şəxsi əşyalarının tapıldığı yerdən təxminən 200 metr aralıda aşkar ediblər. İlkin ehtimala görə, kişiyə pələng hücum edib. Belə ki, qoruğun ərazisində çox sayda pələng yaşayır və hadisə yerinin yaxınlığında bu yırtıcıya məxsus izlər aşkarlanıb. Mütəxəssislərin fikrincə, hücumun səbəbi aclıq olmayıb. Çünki qoruqda pələnglər üçün kifayət qədər təbii ov mövcuddur və bu pələng növü adətən insanlardan uzaq durur. Hadisədən sonra təbiət qoruğu müvəqqəti olaraq bağlanıb. Hazırda mütəxəssislər kamera və fototələlərin köməyi ilə hücumu törətdiyi ehtimal olunan pələngi müəyyən etməyə çalışırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər