Cəmiyyət

Ləğv edilən Bakı Qızlar Universitetinin müəllimləri ÜSYAN ETDİLƏR: "Faktiki olaraq işsiz qalmışıq" - VİDEO

07 Aug 2026, 05:00 2 baxış
Ləğv edilən Bakı Qızlar Universitetinin müəllimləri ÜSYAN ETDİLƏR: "Faktiki olaraq işsiz qalmışıq" - VİDEO
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə, eləcə də texniki işçiyə şamil edilməyib. Müəllimlər deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:

"Müəllimlərin sonrakı aqibəti ilə bağlı qərar yoxdur. Məlumdur ki, tələbələrimiz digər universitetlərə köçürüləcək. Bu da bizi, tələbələrimizi və valideynləri narahat edən məsələ idi. Mən də daxil olmaqla, əsas iş yeri bu universitet olan müəllimlər artıq faktiki olaraq işsiz qalıblar". Digər müəllim isə bildirib ki, uzun illər bu universitetdə fəaliyyət göstərən akademik və texniki heyətin işsiz qalması hamını narahat edir: "Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim işsiz qalmağımızı nəzərə alaraq işlə təmin olunmağımıza yardım göstərsinlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər