Dünya

Almaniyada əfqanəsilli şəxs ömürlük həbs cəzasına məhkum edildi

07 Aug 2026, 04:00 3 baxış
Almaniyada əfqanəsilli şəxs ömürlük həbs cəzasına məhkum edildi
Almaniyanın Münhen Ali Regional Məhkəməsi 2025-ci ilin fevral ayında Münhen şəhərinin mərkəzində etirazçılardan ibarət izdihamın üzərinə maşın sürərək, iki nəfəri öldürən və aksiyanın onlarla şəxsi yaralayan 25 yaşlı əfqanəsilli kişini ömürlük həbs cəzasına məhkum edib. Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib. Məlumata görə, məhkəmə, həmçinin məhkum edilmiş şəxsin "yüksək günahkarlıq dərəcəsini" də qəbul edib ki, bu da onun 15 il həbs cəzasından sonra şərti azadlığa buraxılmasını çətinləşdirəcək. Hökmdə bildirilir ki, cinayət dini səbəblərdən törədilib, qurbanları isə cinayətkar təsadüfi olaraq seçib. Kişi iki nəfərin - bir qadının və onun iki yaşlı qızının qətlində və daha 20-dən çox insanı öldürməyə cəhd etməkdə təqsirli bilinib. Müdafiə tərəfi 15 il azadlıqdan məhrumetmə cəzası və məcburi psixiatrik müalicəyə göndərilmə tələb edib. Məhkumun vəkillərinin iddialarına görə, onda ağır şizofreniyanın açıq əlamətləri özünü göstərir. Xatırladaq ki, əfqanəsilli şəxs 2025-ci il fevralın 13-də səhər saatlarında Münhenin mərkəzində avtomobilini izdihamın üzərinə sürüb. Onun hədəfi həmkarlar ittifaqının keçirdiyi aksiyanın iştirakçıları olub. İnsident Münhen Təhlükəsizlik Konfransı ərəfəsində və tədbirin keçirildiyi yerdən bir neçə dəqiqəlik məsafədə baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər