Dünya
Günəşin indiyədək çəkilmiş ən dəqiq görüntüləri - VİDEO
Günəşin turbulent səthinin indiyədək çəkilmiş ən detallı görüntülərində qızılı zolaqlar və burulğan axınları qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Astronomlar dünyanın ən güclü günəş teleskoplarından biri hesab olunan Havaydakı Daniel İnoue adına Günəş Teleskopunun köməyi ilə Günəşi müşahidə edərək günəş ləkəsinin yaxınlığındakı aktiv zonada ölçüsü 20 kilometrdən kiçik olan yeni strukturlar aşkar ediblər. "The Guardian"ın "bənzərsiz" adlandırdığı görüntülər Günəş səthində baş verən mürəkkəb prosesləri yüksək dəqiqliklə nümayiş etdirir. Alimlər hesab edirlər ki, bu görüntülər Günəşin xarici atmosferi - tacın temperaturunun səthdən milyonlarla dərəcə daha yüksək olmasının səbəbini izah etməyə kömək edə bilər. ABŞ Milli Günəş Rəsədxanasının baş elmi işçisi, doktor Fridrix Vöger bildirib ki, bunlar Günəş səthinin indiyədək əldə edilmiş ən yüksək məkan dəqiqliyinə malik görüntüləridir. Qeyd olunub ki, həmin teleskopla aparılmış əvvəlki müşahidələr Günəş səthinin Fransa böyüklüyündə qranullardan ibarət mozaikanı xatırlatdığını göstərmişdi. Əvvəlki görüntülərdə təxminən 30 kilometr ölçüsündə obyektləri seçmək mümkün idisə, yeni şəkillər teleskopun texniki imkanlarının maksimum səviyyəsində əldə olunub. Yeni görüntülərdə Günəş səthində su burulğanlarını xatırladan kiçik strukturlar aşkarlanıb. Alimlər bunların Kelvin-Helmholtz qeyri-sabitliyi (KHQ) adlanan fiziki hadisənin nəticəsi olduğunu bildirirlər. Bu hadisə sürətlə hərəkət edən plazmanın daha yavaş hərəkət edən plazma təbəqəsi ilə toqquşması zamanı baş verir və nəticədə spiral formalı burulğanlar yaranır. Tədqiqatçılar KHQ-ni əvvəllər göllərdə, okeanlarda, Yer atmosferindəki buludlarda, həmçinin Yupiter və Saturnun atmosferlərində müşahidə etsələr də, onun Günəşdə mövcudluğu ilk dəfə təsdiqlənib. Günəşdə baş verən protuberanslar, plazma axınları və tac kütlə atılmaları ulduzun maqnit sahəsində yaranan güclü dəyişikliklərlə bağlıdır. Bu hadisələr Yerə təsir edərək elektrik şəbəkələrində, peyklərdə, GPS sistemlərində və qlobal rabitə infrastrukturunda ciddi nasazlıqlara səbəb ola bilər. Maqnit sahələri Günəşdəki yüksəktemperaturlu plazmanın hərəkəti nəticəsində formalaşır. Lakin alimlər bu prosesin bütün detallarını hələ də tam izah edə bilmirlər. Məlumdur ki, maqnit sahəsinin xətləri bir-birinə dolaşaraq böyük gərginlik yaradır və bu dolaşıqlıqlar qırıldıqda böyük enerji sərbəst buraxılır. Ancaq bu prosesi hansı amilin başladığı hələ də dəqiq məlum deyil. Alimlərin sözlərinə görə, yeni müşahidələr son 50 ildə Günəş fizikası və astrofizikasının ən böyük sirlərindən birinin açılmasına kömək edə bilər.

Mənbə
oxu.az