Dünya
Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi? - Tramp danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsində irəliləyişin əldə olunduğunu düşünür. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Biz Rusiya və Ukrayna münaqişəsinin tənzimlənməsi üzərində işləyirik. Düşünürəm ki, bizdə irəliləyiş müşahidə olunur. Mən səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, bəlkə də ən asanlarından biri olacaq, lakin ən mürəkkəbi çıxdı. Lakin irəliləyiş əldə olunub", - deyə prezident bildirib. O, söhbətin konkret hansı irəliləyişdən getdiyini qeyd etməyib. Həmçinin, ABŞ administrasiyasının rəhbəri Ukraynaya uzaqmənzilli raketlərin, eləcə də "Patriot" kompleksləri üçün raketlərin tədarükü imkanını şərh edərkən bildirib ki, ABŞ-nin özünün də bunlara ehtiyacı var. Bununla yanaşı, Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatının tezliklə başa çatacağını istisna etməyib. "Mən düşünürəm ki, o, kifayət qədər tez bitəcək. Düşünmürəm ki, onlar daha uzun müddət tab gətirə bilsinlər. Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, bizdə hər şey yaxşı gedir", - deyə Tramp qeyd edib. O, ABŞ və İran arasında razılaşmaların əldə olunması imkanını nəzərdə tutaraq "bu, tezliklə ola bilər" deyə vurğulayıb.
Mənbə
oxu.az