Dünya

Hörmüz boğazında gərginlik: SEPAH əməliyyat keçirdi

07 Aug 2026, 00:48 1 baxış
Hörmüz boğazında gərginlik: SEPAH əməliyyat keçirdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı zonasında düşmənin zərərsizləşdirilməsi üzrə əməliyyatı zamanı Keşm adasında iki partlayış baş verib. Oxu.Az bildirir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib. "Keşm adasında eşidilən iki partlayışın səbəbi Hörmüz boğazının giriş zonasında düşmən hədəflərinin zərərsizləşdirilməsi əməliyyatı olub", - deyə məlumatda bildirilir. Partlayışlar Bakı vaxtı ilə saat 23 radələrində baş verib. Mənbələr əlavə ediblər ki, hərbi əməliyyatın nəticələri yaxın saatlarda dərc olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər