Dünya

Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"

06 Aug 2026, 22:12 1 baxış
Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"
"Ermənistanda üçüncü ölkələrin sorğuları ilə rusiyalıların saxlanılması davam edəcəyi təqdirdə, Rusiya öz vətəndaşlarına bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edə bilər". Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. O, bu məsələni Ermənistan parlamentinin rəhbərliyi ilə telefon danışığı zamanı qaldırıb. Tərəflər, həmçinin parlamentlərarası əlaqələri, mədəni və humanist əməkdaşlığı və ikitərəfli gündəliyin digər məsələlərini müzakirə ediblər. Matviyenko əlavə edib ki, Ermənistanın Avropa İttifaqına daxil olmaq cəhdi onun Avrasiya İqtisadi İttifaqındakı iştirakına ziddir.
Mənbə oxu.az

Oxşar Xəbərlər