Cəmiyyət

"Səhnəyə döyüşçü kimi çıxıram, bir neçə gün özümə gələ bilmirəm" - Xalq artisti nələri etiraf etdi? - VİDEO

06 Aug 2026, 22:36 1 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram, bir neçə gün özümə gələ bilmirəm" - Xalq artisti nələri etiraf etdi? - VİDEO
"Amin" verilişinin yeni buraxılışında Xalq artisti Fidan Hacıyeva ilə sənət və insan mövzusu müzakirə olunub.

Fidan Hacıyeva həyat yoldaşından danışarkən onun göstərdiyi mənəvi dəstəyi xüsusi qeyd edib: "Həyat yoldaşım ingilisdir, çox mədəni insandır. Nişanlı olanda dua etmək üçün həftədə bir dəfə məscidə gedirdim. O da mənimlə gələr, çöldə gözləyərdi. Hamiləlik dövründə məscidə getməyim çətinləşəndə də dəstək olur, mütləq məni oraya aparırdı". Sənətkar, həmçinin səhnə fəaliyyətindən danışıb: "Hər dəfə səhnəyə çıxanda özümü bir döyüşçü kimi hiss edirəm. Yoldaşım da deyir ki, səhnədə sanki Fidan deyilsən. Hansı obrazı oynasam, onu tam olaraq yaşayıram. Obrazlardan çıxmaq da çətin olur, bir neçə gün özümə gələ bilmirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər