Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO

06 Aug 2026, 21:24 20 baxış
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO
Paytaxtda Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası istiqamətində yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. AYNA sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmağı, alternativ yollardan istifadə etməyi və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi tövsiyə edib.
{{gallery}}
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər