Cəmiyyət

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

06 Aug 2026, 21:42 21 baxış
Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bu ölkənin Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynslə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə səfir X hesabında paylaşım edib.


O, görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və regional əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə senatora təşəkkürünü bildirib.


Xəzər İbrahim qeyd edib ki, söhbət zamanı senatorun bu yaxınlarda Prezident İlham Əliyevlə keçirdiyi görüş və həmin görüşdə aparılan müzakirələr də məmnunluqla xatırlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər