Kriminal
Pirşağıda 16 yaşlı oğlan batdı, axtarış aparılır
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Mənbə
axar.az