Kriminal
Tiktoker "Beniz"ə hökm oxundu
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub və Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. * Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm" * Təqsirləndirilən tiktoker "Beniz": "İki ildə "TikTok"dan 306 min manat qazanmışam" * Sevgilisindən 800 min manat tələb edən tiktoker "Bəniz" hakim qarşısında Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən "Beniz" barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib. Elgün Həsənli
Mənbə
oxu.az