Dünya

Miqrantlar yenidən Avropaya kütləvi axın edəcəklər? - Yeni dalğanın mümkün tarixi açıqlandı

06 Aug 2026, 19:00 21 baxış
Miqrantlar yenidən Avropaya kütləvi axın edəcəklər? - Yeni dalğanın mümkün tarixi açıqlandı
Avqustun 15-nə qədər İspaniyanın Seuta anklavına yeni miqrant dalğası gələ bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat verib. Bildirilir ki, hazırda sosial şəbəkələrdə avqustun 15-nə qədər İspaniya-Mərakeş sərhədinin kütləvi şəkildə keçilməsinə çağırışlar yerləşdirilir. "Bu yeni aksiya iyulun sonunda baş tutanla analojidir. Bu, hətta çox sayda mesaj yayıldığı üçün daha da intensivdir", - deyə materialda qeyd edilib. Daxil olan məlumatla əlaqədar olaraq, Mərakeş hökuməti sərhədin qeyri-qanuni keçilməsi ilə bağlı istənilən cəhdlərinin qarşısını almaq üçün İspaniya hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər