Kriminal
Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az