Digər

Husilər Yəmən düşərgələrini vurdu: 30 ölü

06 Aug 2026, 17:20 19 baxış
Husilər Yəmən düşərgələrini vurdu: 30 ölü

Husilər Yəmən hökumət qüvvələrinin Mərib və Hadramaut əyalətlərindəki hərbi düşərgələrinə raket zərbələri endirib.


Axar.az xəbər verir ki, bu barədə SABA məlumat yayıb.


Məlumata görə, raket hücumları nəticəsində azı 30 hərbçi həlak olub.


Hücumların əsas hədəfi Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrinə məxsus, əsasən Fövqəladə Qüvvələr bölmələrinin yerləşdiyi hərbi düşərgələr olub.

Mənbə axar.az

Oxşar Xəbərlər