Dünya
Tramp İrana dair bəyanatını "Allaha şükür" sözləri ilə yekunlaşdırıb - FOTO
"İranda inflyasiya 300%-ə çatıb, ölkədə vəziyyət isə pisləşir". Oxu.Az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşımında bildirib. "İranın Hərbi Dəniz Qüvvələri yoxdur, Hərbi Hava Qüvvələri yoxdur, qalan hərbçilər maaş almır, SEPAH darmadağın edilib və qaçır, onların hökuməti isə ən yaxşı halda qeyri-sabitdir! Onların pulu yoxdur - ölkələri tükənib. Əllərində olan yalnız yalan xəbərlər və 300%-lik inflyasiyadır və vəziyyət getdikcə pisləşir! İran yalnız danışır, heç bir əməl yoxdur və artıq Yaxın Şərqin "zorba ağası" deyil. Allaha şükür!" - deyə dövlət başçısı yazıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69% səviyyəsində olacağını gözləyir. Dünya Bankının məlumatına görə, 2025-ci ildə ölkədə bu göstərici 42.2% təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69% səviyyəsində olacağını gözləyir. Dünya Bankının məlumatına görə, 2025-ci ildə ölkədə bu göstərici 42.2% təşkil edib.
Mənbə
oxu.az