Cəmiyyət

İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO

06 Aug 2026, 15:32 9 baxış
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Qaxın İlisu kəndindəki məşhur Ramramay şəlaləsinə səfər edən turistlərdən ödəniş alındığı iddia olunur. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb. Bildirilib ki, şəlaləyə gedən yolun girişində ödəniş məntəqəsi yaradılıb. Burada ziyarətçilərdən hər nəfər üçün 2 manat ödəniş alınır. İddiaya görə, yığılan vəsait İlisu Dövlət Qoruğu tərəfindən qəbul edilir. Yeni qayda şəlaləyə xüsusi maşınlarla turist daşıyan sürücülərin narazılığına səbəb olub. Onların sözlərinə görə, əlavə ödəniş turist sayına və səfərlərə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, Ramramay şəlaləsi Qax rayonunun ən çox ziyarət edilən turizm məkanlarından biridir. Şəlaləyə aparan dağ yolunda əsasən yüksək keçid qabiliyyətinə malik avtomobillərdən istifadə olunur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər