Digər

Narkotik kartelləri adamlarını Ukraynaya göndərirlər

06 Aug 2026, 15:27 18 baxış
Narkotik kartelləri adamlarını Ukraynaya göndərirlər

Kolumbiyalı narkotik kartelləri dronlardan istifadə etməyi öyrənmələri üçün nümayəndələrini Ukraynadakı müharibəyə göndərməyə çalışırlar.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.


“Ötən il Kolumbiya ordusu dron hücumlarının 96%-ni ya radiotezlikləri bloklamaqla, ya da cihazları məhv etməklə zərərsizləşdirib. Buna görə də qanunsuz silahlı qruplaşmalar Ukraynanın təcrübəsini öyrənərək təhlükəsizlik qüvvələrini üstələməyə çalışır”, - məlumatda deyilib.


Qeyd olunub ki, Ukrayna isə öz ölkələrində mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan kolumbiyalıları evlərinə geri göndərib.

Mənbə axar.az

Oxşar Xəbərlər