Dünya

Rusiyada avtomobil piyadaları əzdi - ANBAAN VİDEO

06 Aug 2026, 14:44 18 baxış
Rusiyada avtomobil piyadaları əzdi - ANBAAN VİDEO
Rusiyanın Omsk şəhərində "Lada Granta" markalı avtomobil piyadaları vurub. Hadisə nəticəsində yeddi piyada və avtomobili idarə edən şəxs olmaqla ümumilikdə səkkiz nəfər yaralanıb. Zərərçəkənlər dərhal xəstəxanaya aparılıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan bildirilib.

"Yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeddi piyada və 1962-ci il təvəllüdlü minik avtomobilinin sürücüsü tibb müəssisələrinə çatdırılıblar", - deyə məlumatda qeyd olunur.

Bölgənin operativ xidmət orqanlarının yaydığı ilkin məlumatlara görə, qəzaya sürücünün sükan arxasında olarkən səhhətinin anidən pisləşməsi səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər