Kriminal

Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO

06 Aug 2026, 13:18 23 baxış
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Bakının Böyükşor qəsəbəsi ərazisindəki Böyükşor-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes-Benz S-Klass" avtomobili arxadan "Mercedes-Benz E-Klass" maşınına çırpılıb. Zərbənin təsirindən öndəki avtomobil "Audi"yə, o da "Seres Aito"ya, Çin avtomobili isə "Toyota Prius"a dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil. Görüntülərdən aydın olur ki, avtomobillərə ciddi ziyan dəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər