Dünya

Konqoda Eboladan ölənlərin sayı açıqlandı

06 Aug 2026, 13:56 21 baxış
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 1 801-ə çatıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Rabitə və KİV-lə Məsələlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Ebolaya yoluxanların sayı 3 973 nəfər, ölüm nisbəti isə 45% təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda 717 nəfər var. Ebolaya yoluxmuş şəxslərlə təmasların izlənməsi göstəricisi 80%-dir. Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir. Uqanda səhiyyə orqanları iyulun 28-də ölkələrində Ebola epidemiyasının bitdiyini elan ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər