Dünya
"Ağ Evin Şərq qanadında hərbi kompleks tikiləcək" - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində yeni hərbi kompleksin inşa olunduğunu bəyan edib. Onun sözlərinə görə, bu layihə barəsində ictimaiyyətə məlumat verə bilməyəcəyi bəzi məxfi obyektlər də daxildir. Oxu.Az-ın Vesti.ru saytına istinadən verdiyi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarının rəhbəri bu barədə Las-Veqas şəhərində öz tərəfdarları qarşısında çıxış edərkən danışıb. "Mən daxilində çoxlu sayda müxtəlif obyektin yer aldığı bu nəhəng hərbi kompleksi inşa edirəm və onların bəziləri haqqında, hətta məlumat verə bilmirəm", - deyə D.Tramp qeyd edib.
Mənbə
oxu.az