Dünya
Tramp Venesuela neftini ABŞ-nin qəniməti hesab edir
ABŞ-nin dövlət başçısı Donald Tramp avqustun 5-də Las-Veqasın (Nevada ştatı) şəhərətrafı ərazisində çıxış edərkən Venesuela neftini "ABŞ-nin əlinə keçən qənimət" adlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Venesueladan milyardlarla barel neft gəlir. Bu, dünyada neft yataqları baxımından ən zəngin yerlərdən biridir", - deyə Ağ Ev lideri bəyan edib. O, Karakasdakı hərbi əməliyyatı (ABŞ qüvvələri tərəfindən Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşının tutulması ilə nəticələnən proses - red.) "48 dəqiqəlik müharibə" adlandırıb. Trampın sözlərinə görə, ABŞ "köhnə üsulla" hərəkət edərək, Venesuela neftinin hesabına əməliyyatın keçirilməsinə xərclədiklərindən qat-qat artıq qazanıb. "Bütün qənimətlər qalibə çatır", - deyə o əlavə edib. O, həmçinin ABŞ və Venesuelanın dünya neft və qaz ehtiyatlarının 60%-nə sahib olduğuna dair təxminlərə istinad edib.
Mənbə
oxu.az