Kriminal
Şamaxıda ağır qəza: Xəsarət alanlardan ikisi Bakıya göndərildi
Şamaxı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan iki nəfər Bakı şəhərindəki tibb müəssisəsinə köçürülüb. Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər (kişi) dünən gecə saat 01 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən 2005-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. 2005-ci il təvəllüdlü digər 2 nəfər (kişi) isə ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub. Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Şəhər ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az