Cəmiyyət
Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO
Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinə yeni müavin təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Murad Həsənli Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinin müavini təyin olunub. Qeyd edək ki, M.Həsənli bu təyinatadək İdarənin Gənclərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az