Kriminal
Quba-Bakı yolunda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO
Avqustun 6-sı səhər saatlarında Quba-Bakı avtomobil yolunun Qaraçay qəsəbəsi ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə zamanı KIA, "Toyota" markalı minik avtomobilləri və yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində beş nəfər xəsarət alıb, ölən olmayıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az