Digər
Ukrayna Rusiyaya Kurskda yarım trilyonluq ziyan vurub
Ukrayna ordusunun 2024-cü ilin 6 avqustunda başlayan Kurskdakı əməliyyatları nəticəsində bölgəyə dəyən ziyan 504,9 milyard rubl təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
“Ukrayna ordusunun əməliyyatları nəticəsində bölgənin 640 sakini həlak olub, 25-i uşaq olmaqla daha 561 nəfər yaralanıb. Ümumilikdə, 87 min 389 nəfər zərərçəkmiş kimi tanınıb və dindirilib”, - o bildirib.
Mənbə
axar.az