Cəmiyyət
Gəncədə restoran qarşısında kütləvi dava: ölən var
Gəncədə kütləvi dava ölümlə nəticələnib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.
Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə
axar.az