Digər
Rusiya bunun bədəlini ödəməli və cavab verməlidir - Makron
Hər yeni hücum bir açıq faktı təsdiqləyir: Rusiya təcavüzünün bədəlini ödəməli və cinayətlərinə görə cavab verməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
"Rusiya Kiyevdə və onun ətrafında yenə də mülki şəxsləri hədəf alıb. Raketlər və dronlarla həyata keçirilən bu terror siyasəti qəbuledilməzdir", - Makron bildirib.
Qeyd edək ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub.
Mənbə
axar.az