Cəmiyyət

İran və Azərbaycan sərhəddə gömrük rejimini 24/7 formatına keçirir - FOTO

05 Aug 2026, 22:00 3 baxış
İran və Azərbaycan sərhəddə gömrük rejimini 24/7 formatına keçirir - FOTO
Biləsuvar Gömrük İdarəsinə baş çəkən İranın Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, ilin ilk beş ayında Biləsuvar gömrüyü vasitəsilə Azərbaycanla ümumilikdə 190 milyon dollarlıq ixrac-idxal əməliyyatı həyata keçirilib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Valinin sözlərinə görə, bu dövrdə Ərdəbil əyalətindən 100 milyon dollardan çox məhsul ixrac olunub, istehsal müəssisələrinin ehtiyacları üçün isə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib. Emami Yeganə əlavə edib ki, İran və Azərbaycanın gömrük xidmətləri arasında aparılan danışıqlar nəticəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması istiqamətində iş aparılır. Məqsəd ixrac-idxal proseslərini sürətləndirmək və sərhəd keçidini asanlaşdırmaqdır. O həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfəri planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər