Cəmiyyət

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

05 Aug 2026, 20:26 2 baxış
Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

"Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunmuş şəkildə təqdim edilib.


Axar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkə hesabında yazıb.


"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil", - o bildirib.


PA rəsmisi vurğulayıb ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər