İdman

"Orhus" - "Sabah" matçının vaxtı yenə dəyişdirildi - Səbəb

05 Aug 2026, 20:42 2 baxış
"Orhus" - "Sabah" matçının vaxtı yenə dəyişdirildi - Səbəb

20:02


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka)-"Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.


Bu barədə Axar.az-a Bakı klubundan məlumat verilib.


Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.


Məlumat üçün "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunları "Randers" stadionunda keçirilir.


***


"Sabah" klubu yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib

Mənbə axar.az

Oxşar Xəbərlər