Cəmiyyət
Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 4 milyon 825 min manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün müxtəlif növ tibbi vasitələrin, o cümlədən müxtəlif ölçülü steril əlcəklərin və digər tibbi ləvazimatların alınması nəzərdə tutulur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər