Cəmiyyət
Əlillər üçün reabilitasiya vasitələri alınacaq - 33 milyon manata yaxın pul xərclənəcək
"Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) əlillər üçün reabilitasiya vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 32 milyon 858 min manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində müxtəlif növ reabilitasiya vasitələrinin, o cümlədən müxtəlif təyinatlı mexaniki təkərli oturacaqların, protez-ortopedik və digər yardımçı vasitələrin alınması nəzərdə tutulur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər