İdman
Azərbaycan II Liqası: 2026/27 mövsümünün püşkü atıldı
Futbol üzrə Azərbaycan II Liqasında 2026/27 mövsümünün püşkü atılıb. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, püşkatma nəticəsində I turun cütlükləri müəyyənləşib. I tur "Qaradağ Lökbatan" - "Hypers"; "Şirvan" - "Kür-Araz"; "Sheki City" - "Ağdaş"; "Şəmkir" - "Marafon"; "Difai" - "Dinamo"; "Zəngəzur" - "Ağstafa Gəncləri". Qeyd edək ki, Azərbaycan II Liqasında 12 komanda mübarizə aparacaq.
Mənbə
oxu.az