İdman

Yeniyetmə cüdoçularımız Ekvadorda dünya çempionatına yollanırlar

05 Aug 2026, 16:36 19 baxış
Yeniyetmə cüdoçularımız Ekvadorda dünya çempionatına yollanırlar
Azərbaycan Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Oxu.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, avqustun 20-dən 23-dək təşkil olunacaq yarışda 10 oğlan və 4 qız idmançı mübarizə aparacaq. Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. Qızlar 40 kq Sunay Salamova; Zəhra Quliyeva. 44 kq Pərvin Sevxanlı. 48 kq Könül Eyvazlı. Oğlanlar 50 kq Fərid Rzazadə. 55 kq Fərid Xudiyev; İbrahim Talıbov. 66 kq İlkin Qarayev. 73 kq Yusuf Nəzər; Sadiq Məmmədov. 81 kq Ayxan Həsənli; Yaqub Məmmədov. 90 kq Ömər Axundov; Nurəddin Əliyev. Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər