Cəmiyyət

Məşhur şadlıq sarayı 3,5 milyona satılır

05 Aug 2026, 16:00 18 baxış
Məşhur şadlıq sarayı 3,5 milyona satılır

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.


Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayının yerləşdiyi obyektdir.


Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.


Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.

Mənbə axar.az

Oxşar Xəbərlər