Kriminal

Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi - FOTO - VİDEO

05 Aug 2026, 12:36 20 baxış
Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi - FOTO - VİDEO
Göyçayda narkotiklərin onlayn satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Oxu.Az-ın məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli saxlanılıblar.

Onlardan heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi - FOTO - VİDEO Göyçayda onlayn narkotik satan iki nəfər həbs edildi - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər