İdman

"Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

05 Aug 2026, 10:28 18 baxış
"Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında III mərhələsinin oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, təmsilçimiz "Sabah" bu mərhələdə Danimarkanın "Orhus" klubunun qonağı olacaq. İzləyicilər "Orhus" - "Sabah" oyununu İctimai TV-də izləyə biləcəklər. Xatırladaq ki, "bayquşlar" iki oyunun nəticəsinə əsasən "Orhus"u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Mərhələnin uduzan tərəfi isə UEFA Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq. UEFA Çempionlar Liqası III mərhələ 5 avqust Saat 20:30, "Orhus" - "Sabah" (İctimai TV)
Mənbə oxu.az

Oxşar Xəbərlər