İdman
Canni İnfantinonun yerinə beş namizədin adı açıqlanıb
FIFA-da Canni İnfantinonu prezident postunda əvəz etməyə beş əsas namizədin adı açıqlanıb. Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. Namizədlərin siyahısına aşağıdakılar daxil edilib: Nasser Əl-Xelaifi - PSJ-nin prezidenti, Avropa Futbol Klubları Şurasının (EFC) sədri; Viktor Montalyani - FIFA-nın vitse-prezidenti, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) prezidenti; Aleksander Çeferin - UEFA-nın prezidenti; Şeyx Salman bin İbrahim Əl Xəlifə - Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti; Patris Motsepe - Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti. Namizədlərin müraciət etməsi üçün son müddət 18 noyabr 2026-cı ildir. Pretendentin namizədliyini yalnız milli futbol assosiasiyası irəli sürə bilər. Bu zaman namizəd ən azı beş federasiyanın dəstəyini qazanmalıdır. FIFA prezidenti vəzifəsinə seçki isə 2027-ci il martın 18-də Rabatda (Mərakeş) keçiriləcək.
Mənbə
oxu.az