Kriminal

Füzuli rayonunda güclü yanğın başlayıb

04 Aug 2026, 21:48 22 baxış
Füzuli rayonunda güclü yanğın başlayıb
Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur. Oxu.Az APA-ya istinadla xəbər verir ki, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür. Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər