Kriminal

Lənkəranda açıq ərazidə yanğın başladı - Video

03 Aug 2026, 18:08 19 baxış
Lənkəranda açıq ərazidə yanğın başladı - Video

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın başlayıb.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


Mənbə axar.az

Oxşar Xəbərlər