İdman

Avropa Liqasına gedən yol: "Sabah" məğlub olarsa, hansı komanda ilə qarşılaşacaq?

03 Aug 2026, 14:04 5 baxış
Avropa Liqasına gedən yol: "Sabah" məğlub olarsa, hansı komanda ilə qarşılaşacaq?
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhəri qitəmiqyaslı tədbirə ev sahibliyi edəcək və mərasimə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Bu püşkatma Azərbaycan futbolu üçün də xüsusi önəm daşıyır, çünki Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələn "Orhus" (Danimarka) və "Sabah" (Azərbaycan) cütünün məğlub tərəfini gözləyən rəqib məhz burada müəyyənləşəcək. Uduzan komanda Avropa Liqasının pley-off mərhələsində aşağıdakı iddialı cütlüklərdən birinin qalibi ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək: "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi; "Makkabi" (Tel-Əviv, İsrail) - "ÇSKA Sofiya" (Bolqarıstan) cütünün qalibi; "Lex" (Polşa) - Kİ Klaksvik (Farer adaları) cütünün qalibi; "Hradets-Kralove" (Çexiya) - "Beşiktaş" (Türkiyə) cütünün qalibi. Məlumat üçün bildirək ki, həlledici pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də, cavab matçları isə avqustun 27-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər