Kriminal

DGK-nın polkovnik-leytenantına cinayət işi açıldı - FOTO

03 Aug 2026, 13:24 18 baxış
DGK-nın polkovnik-leytenantına cinayət işi açıldı - FOTO
İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb. İstintaqın gedişində sabiq idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək. Qeyd edək ki, K.Yusifov cəmi ilyarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.
DGK-nın polkovnik-leytenantına cinayət işi açıldı - FOTO DGK-nın polkovnik-leytenantına cinayət işi açıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər