Kriminal

Bakıda futbol meydançasında meyit tapıldı

03 Aug 2026, 11:50 18 baxış
Bakıda futbol meydançasında meyit tapıldı
Bakının Nizami rayonu ərazisində meyit tapılıb. Oxu.Az xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti, 81 ünvanında qeydə alınıb. Futbol meydançasında meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir. Meyit üzərində hər hansı zorakılıq əlamətləri görünməyib. Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər