Kriminal

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - FOTO - VİDEO

03 Aug 2026, 10:28 17 baxış
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - FOTO - VİDEO
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. Oxu.Az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.

Tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C.Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barələrində müvafiq olaraq inzibati qaydada həbs, eləcə də məsuliyyət tədbirləri görülüb.
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - FOTO - VİDEO Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər