Kriminal

Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO

03 Aug 2026, 10:52 19 baxış
Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO
Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş. Belə ki, "KamAZ" markalı yük maşınına çırpılan BYD markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş. Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO Hacıqabulda ağır qəzaya düşən ailənin faciəli keçmişi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər