Kriminal
Braziliyada yoldaşlıq oyununda atışma: 15 yaşlı futbolçu həlak olub
Braziliyanın Maseyo şəhərində keçirilən yoldaşlıq görüşü zamanı baş verən silahlı insident nəticəsində "Centro Sportivo Alagoano" gənclər komandasının futbolçusu Mikael Leandro da Silva həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb. Əvvəllər "San-Paulu"nun gənclər klubunda çıxış edən 15 yaşlı idmançı aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. Bildirilir ki, atışma narkotik ticarəti ilə məşğul olan yerli qruplaşmalar arasındakı münaqişə səbəbindən baş verib. Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı qeyd olunub.
Mənbə
oxu.az