İdman
"Qarabağ"ın hücumçusu iki aylıq sıradan çıxdı - FOTO
"Qarabağ" futbol klubunun "ÇSKA Sofiya" ilə matçda zədə almış futbolçusu Zakaria Savonun durumu açıqlanıb. Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-a məlumat verilib. Qeyd olunub ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Bildirilib ki, onun 8 həftəyə meydançaya qayıtması gözlənilir.
Mənbə
oxu.az