Kriminal

Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı

02 Aug 2026, 20:40 21 baxış
Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər